Modern.az

Ekspert nazirlə RAZILAŞMADI - "Qəbuldakı yüksək nəticə özəl sektorun hesabınadır"

Ekspert nazirlə RAZILAŞMADI -

Təhsil

3 Oktyabr 2022, 14:40

Bu gün Beynəlxalq Maarif Məktəblərinin açılış mərasimində çıxış edən təhsil naziri Emin Əmrullayevin özəl təhsillə bağlı açıqlaması müzakirələrə səbəb olub.

 

Nazir deyib ki, ölkədə özəl təhsil bir faizin altındadır, Azərbaycan cəmiyyəti özəl təhsil sektoruna tam olaraq alışmayıb.

 

Bu barədə Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov nazirin bu fikrilə razılaşmayıb.

 

Ekspert deyib ki, istər ali təhsil müəssisələrinə, istrəsə də orta ixtisas təhsil müəssisələrinə qəbulun nəticələri özəl sektorun nəticəsidir:

 

 

“Azərbaycanda özəl sektor deyəndə iki format yada düşür. Birincisi lisenziyalı fəaliyyətdir ki, bura özəl liseylər daxildir. Digəri isə repetitor və bu kimi xidmtələrdir ki, lisensiyasız fəaliyyət göstərirlər. Hesab edirəm ki, vacib məqamlardan biri  özəl sektorun keyfiyyətinin artırılması və nəzarət xidmətinin tətbiq olunmasıdır. Özəl təhsil bir faizin altındadır dedikdə bu özəl məktəblər və özəl  liseylər olaraq nəzərdə tutulmalıdır. Qeyri-fomal təhsilə meyillilik bütün şagirdlərin 90%-ni təşkil edir. Ona görə özəl məktəblərə və liseylərə meyillilik aşağıdır ki, valideynlər onların yüksək nəticələrini görmürlər. Qəbul və buraxılış imtahanlarının nəticəsində özəl məktblərin fərqli faizini görmürük”. 

 

Ekspert hesab edir ki, nazirin çıxışında haqlı məqamlar da var idi:

 

“Yüksək təhsil haqqının müqabilində göstərilən xidmət çox aşağıdır. İnsanlar da bunun üçün özəl məktəblərdən qaçırlar. Bu gün Azərbaycan ailəsinin büdcəsi üçün deyil ki, özəl təhsil sektoruna 3000-4000 manat pul ödəsin.  Bu amil də özəl təhsilə təsirini göstərir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?