Modern.az

Azərbaycanda 2 milyona yaxın seçici səs verib – YENİLƏNİB

Azərbaycanda 2 milyona yaxın seçici səs verib – YENİLƏNİB

9 Oktyabr 2013, 12:46

Bu gün səhər saat 08:00-dan başlayan prezident seçkiləri hazırda davam edir. Modern.az bildirir ki, səsvermə ilə bağlı Mərkəzi Seçki Komissiyasının yaydığı ilk rəsmi məlumata görə, 2 saat ərzində Azərbaycanda prezident seçkilərində 937 465 seçici səs verib.

Bu göstərici ümumi seçicilərin 18,2 faizidir. Ən fəal seçki dairəsi 116 saylı Qəbələ seçki dairəsidir - 24,72 faiz seçici artıq səs verib. Ən passiv ərazi 33 saylı Xətai birinci seçki dairəsi - iki saat ərzində cəmi 9,29 faiz seçici səs verib. 

***

Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə prosesi ilə bağlı yeni açıqlama verib. Modern.az-ın məlumata görə, Bakı vaxtı ilə saat 12.00-a Azərbaycan prezidenti seçkilərində 1 894 050 seçici səs verib. Bu da ümumi seçicilərin 36,81 faizidir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?