Modern.az

Kəlbəcərdə 960 şagirdlik məktəb tikilir - Ən son görüntülər 

Kəlbəcərdə 960 şagirdlik məktəb tikilir - Ən son görüntülər 

16 Mart 2024, 22:51

İşğaldan azad edilən ərazilərin bərpası prosesində müasir təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilir. Bu çərçivədə Kəlbəcərdə müasir standartlara uyğun məktəb tikilir. 

 

Modern.az xəbər verir ki, şəhərin mərkəzində tikintisinə başlanılan məktəbdə 960 şagird təhsil alacaq.

 

Məktəb 2 hektardan böyük ərazidə inşa edilir. Layihənin icrasına oktyabr ayında başlanıb və qısa zaman ərzində böyük işlər görülüb. 

 

Layihənin rəhbəri Sənan Bədəlov İTV-yə bildirib ki, bina 4 mərtəbə və bir zirzəmidə ibarətdir. Ərazidə məktəbdən əlavə istilik sistemi üçün qazanxana, enerji üçün transformator otaqları və futbol meydançası olacaq. 

 

Təhsil ocağının yaradılması Kəlbəcərin yenidən qurulmasına, elmin inkişafına və təhsilin dirçəldilməsinə mühüm töhfə verəcək, yeni iş yerlərinin açılmasına şərait yaradacaq.

 

Qeyd edək ki, öyən ilin may ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan məktəb binası modern standartlara uyğun inşa olunur. 41 sinif otağından ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı 8 laboratoriya, akt zalı, yeməkxana və digər zəruri otaqlar yaradılacaq.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok