Modern.az

Maksimum bal toplayan Fatimə kimyaçı olmaq istəyir - Modern.az-a DANIŞDI

Maksimum bal toplayan Fatimə kimyaçı olmaq istəyir - Modern.az-a DANIŞDI

Təhsil

3 Aprel 2024, 11:52

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 5 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib. 

 

İmtahanda 300 bal toplayan şagirdlərdən biri də Bakı şəhərində yerləşən 146 nömrəli tam orta məktəbin şagirdi Qasımova Fatimə Elxan qızıdır. 

 

Modern.az-a danışan Fatimə Qasımova Bakı Ali Neft Məktəbində  (BANM) təhsil almaq istədiyini söyləyib:

 

“9-cu sinifdən bəri hazırlıqlara gedirəm. 10-cu sinifdən blok fənləri üzrə hazırlaşıram. Ancaq bundan əvvəl də hazırlaşmışam. Bakı Ali Neft Məktəbində Kimya mühəndisliyi fakütləsində təhsil almaq istəyirəm. Həmişə kimya, riyaziyyat, fizikaya marağım olub. Daha  sonra gələcəkdə hansı universiteti seçəcəyimlə bağlı fikirləşəndə Bakı Ali Neft Məktəbinin çox prestijli olduğunu eşitmişdim.

 

Oradakı fakültələri, ixtisasları araşdıranda kimya mühəndisliyi daha çox diqqətimi çəkdi. Kimyaya uşaq vaxtından marağım var idi. Ona görə bu fakültəni seçmək istəyirəm. Buraxlış imtahanında 300 bal yığmaq, mənə qəbulda da 700 bal yığmalı olduğumu xatırladır. 700 bal yığmağı hədəfləmişəm".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək