Modern.az

Goranboyda şagirdlər arasında insident - YENİLƏNİB

Goranboyda şagirdlər arasında insident - YENİLƏNİB

Təhsil

3 Aprel 2024, 15:51

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiləri müvafiq tədbirlər nəticəsində Dəliməmmədli şəhərində yerləşən tam orta məktəbin 11-ci sinif şahirdi A. Seyxova bıçaqla xəsarət yetirən şəxsin sinif yoldaşı U. Tağıyev olması müəyyən edilib.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib. Qeyd olunub ki, hazırda araşdırmalar davam etdirilir.

 

***

15:10

Goranboy rayonu Dəliməmmədli şəhəri M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident baş verib.

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, şagirdlər bir-birinə xəsarət yetiriblər.

 

"Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları təhsil müəssisəsindədir. Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək