Modern.az

Uşaqların yerdəyişməsi DAYANDIRILDI

Uşaqların yerdəyişməsi DAYANDIRILDI

Təhsil

3 Aprel 2024, 17:03

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılıb.
 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumata verilib.
 

Bildirilib ki, aprelin 3-ü saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılıb.
 

Qeyd edək ki, 18 və 19 may tarixlərində ölkə üzrə IV və VI siniflərdə təhsil alan şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək. Monitorinqə hazırlıq zamanı şagird yerdəyişməsi hallarının olmaması üçün aprelin 15-i saat 17:00-dan IV və VI siniflər üzrə də yerdəyişmə prosesi dayandırılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək