Modern.az

Emin Əmrullayev olimpiada qalibləri ilə görüşdü - FOTO

Emin Əmrullayev olimpiada qalibləri ilə görüşdü - FOTO

8 Aprel 2024, 16:16

Aprelin 8-də elm və təhsil naziri Emin Əmrullayev beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri, dünyanın nüfuzlu universitetlərinə qəbul olunan gənclərlə görüşüb. 


Modern.az xəbər verir ki, nazir onları qazandıqları uğurlara görə təbrik edərək gələcək təhsil həyatlarında nailiyyətlər arzulayıb.


Sonra nazir gənclərə öz tövsiyələrini verib, onlarla səmimi söhbət aparıb və suallarını cavablandırıb. 


Görüşün sonunda hədiyyələr təqdim edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi