Modern.az

İstanbuldakı baş konsulumuz Səyyad Aran geri çağırıldı

İstanbuldakı baş konsulumuz Səyyad Aran geri çağırıldı

4 May 2010, 00:25

Azərbaycan Prezidenti İlham Əliyev Həsən Sultan oğlu Zeynalovun Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.

AzərTAc-ın məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Səyyad Adil oğlu Salahlı Türkiyənin İstanbul şəhərində Azərbaycanın baş konsulu və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Prezident başqa bir sərəncamla Həsən Zeynalovu Azərbaycanın İstanbuldakı baş konsulu vəzifəsinə təyin edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!