Modern.az

Rəbiyyət Aslanova oğlunun Prezident Administrasiyasından çıxarılmasından danışdı

Rəbiyyət Aslanova oğlunun Prezident Administrasiyasından çıxarılmasından danışdı

27 Mart 2014, 20:10

“Cənab prezident İlham Əliyevin oğlum Elnur Aslanovun Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən çıxarılması ilə bağlı verdiyi sərəncamı normal qarşıladıq”. Martın 27-də “Media forum” saytına danışan Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova belə deyib.

Rəbiyyət Aslanova bu məsələ haqqında geniş danışmaq istəmədiyini qeyd edib: “Çünki oğlum prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunub. Hər kəs yaxşı bilir ki, prezidentin verdiyi sərəncam müzakirə olunmur. Əgər cənab prezident belə məsləhət görübsə, biz də bu qərarı normal qarşılayırıq”.

Elnur Aslanov Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən martın 17-də azad edilib.


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi