Modern.az

19 yaşlı əsgərimiz şəhid olub

19 yaşlı əsgərimiz şəhid olub

25 İyul 2010, 15:28

Goranboyun Tapqaraqoyunlu kəndi istiqamətində gedən atışmada daha bir əsgərimiz şəhid olub. ANS-in Qarabağ bürosunun verdiyi məlumata görə, şəhid olan əsgərimiz 19 yaşlı İsmayılov Süleyman Nəbi oğludur.

Şəhidin atası Nəbi İsmayılovun verdiyi məlumata görə, iyulun 23-də ona oğlunun qulluq etdiyi hərbi hissədən zəng vuraraq Süleymanın yaralandığı barədə məlumat veriblər. Ötən gün isə Süleyman şəhid olub. Şəhid Süleyman İsmayılov bu gün Ramanı qəsəbəsində dəfn olunub.

Qeyd edək ki, Süleyman İsmayılov 1992-ci ildə anadan olub, bu ilin yanvar ayında Bakının Nərimanov rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağrılıb. Allah rəhmət eləsin! 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi