Modern.az

“Mehman Səlimovun Milli Şura ilə bağlılığını iddia etmək cəfəngiyyatdır”

“Mehman Səlimovun Milli Şura ilə bağlılığını iddia etmək cəfəngiyyatdır”

27 Noyabr 2014, 11:11


Keçmiş müdafiə naziri Səfər Əbiyevin müavini işləyən (1995-1999-cu illər)  Mehman Səlimovun həbsi ilə bağlı “Yeni Müsavat” qəzeti sensasion iddia irəli sürüb. Qəzet yazıb ki, Mehman Səlimovun həbsinin səbəbi onun 2013-cü ilin iyun ayında yaradılan Milli Şura rəhbərliyi ilə təmasları olub.

Milli Şuranın yaradılması prosesinin iştirakçılarından biri, qurumun üzvü Eldəniz Quliyev isə iddianı cəfəngiyyat adlandırıb. Eldəniz Quliyev Modern.az saytına açıqlamasında deyib ki, ümumiyyətlə, Mehman Səlimov adlı şəxsi tanımır və o adda adamın Milli Şura rəhbərliyi ilə heç bir danışıqları, təmasları olmayıb: “Elə bir adamın Milli Şura ilə heç bir danışığı olmayıb. Heç onun üzünü də görməmişik”.                                                              

Sabiq müdafiə nazirinin siyasi və ictimai işlər üzrə keçmiş müavini Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilib. Onun barəsində  məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.  

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir