Modern.az

Bəzi dövlət qurumlarında çalışanların maaşları artırıldı

Bəzi dövlət qurumlarında çalışanların maaşları artırıldı

Təhsil

28 Sentyabr 2010, 23:26

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 28 sentyabr tarixli sərəncamları ilə bəzi dövlət qurumlarında çalışanların maaşları artırılıb.
Bu sərəncamlarla Dövlət Gömrük Komitəsinin, Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb Baş İdarəsinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə, onların aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir