Modern.az

Qol.az saytının 2 yaşı tamam olub

Qol.az saytının 2 yaşı tamam olub

17 Noyabr 2010, 17:52

Qol.az saytının fəaliyyətə başlamasından 2 il ötür. Düz iki il əvvəl 2008-ci il, noyabrın 17-də Qol.az futbol-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında, futbol dairələrində tanınmağa başlayıb. Yalnız futbolla bağlı yazılar hazırlayan və xəbərlər yayımlayan Qol.az bu iki il ərzində Azərbaycanın ən reytinqli idman saytlarından birinə çevrilib. 2009-cu ilin yekunlarına görə isə, Qol.az “Milli net” mükafatının “İlin ən yaxşı idman saytı” nominasiyasında birinci yeri tutub.
Modern.az portalının kollektivi Qol.az-da çalışan həmkarlarını təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək