Modern.az

“ASAN xidmət”10 milyonuncu müraciət qeydə alındı

“ASAN xidmət”də 10 milyonuncu müraciət qeydə alındı

Aktual

10 İyun 2016, 13:23

“ASAN xidmət” Mərkəzinin mərkəzləşdirilmiş elektron növbə sistemində 10 milyonuncu vətəndaşın müraciəti qeydə alınıb.

Modern.az-ın xəbərinə görə, bu müraciəti Ağdam rayonundan məcburi köçkün olan və hazırda Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan Arzu Əliyeva 5 saylı “ASAN xidmət” mərkəzinə edib.

Arzu Əliyeva Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mərkəzinə müraciəti Daxili İşlər Nazirliyinin həyata keçirdiyi şəxsiyyət vəsiqəsinin alınması xidməti ilə bağlı olub. 

Arzu Əliyevaya 10 milyonuncu müraciətin sahibi kimi təşəkkürnamə və xüsusi hədiyyələrlə mükafatlandırılıb.

O və valideyni “ASAN xidmət”ə təşəkkürünü bildirib.


Arzu Əliyeva "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində təhsil alır. 


Qeyd edək ki, hazırda Azərbaycanda “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda, digərləri isə Sumqayıt, Gəncə, Sabirabad və Bərdə şəhərlərindədir.


Ağa Akifoğlu

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı