Modern.az

Girovlar barədə yeni AÇIQLAMA

Girovlar barədə yeni AÇIQLAMA

Aktual

20 İyun 2016, 12:50

 

“Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqda qalması hər bir azərbaycanlını narahat edir.

Bu problemlə Azərbaycan prezidenti İlham Əliyev bilavasitə özü məşğuldur və bütün görüşlərdə bu məsələni qaldırır”.

 

Modern.az-ın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışarkən deyib.

 

Əli Həsənov prezidentlərin Sankt-Peterburq görüşündə də Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsinin qaldırılacağını güman etdiyini bildirib.

 

O bildirib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərə sərbəst gedib-gəlməsi qarşı tərəfə böyük zərbə vurub:

 

"Onlara elə zərbə vuruldu, Ermənistanın bugünkü faşist rejimini elə laxlatdı ki, bu gün də özlərinə gələ bilmirlər. Bütün beynəlxalq təşkilatlara Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müraciətlər göndərildi, təəssüflər olsun ki, məhəl qoyulmadı".

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı