Modern.az

Paytaxtda agır qəza

Paytaxtda agır qəza

Aktual

19 İyul 2016, 21:35

Bakının Sabunçu rayonunda sərnişin avtobusu qəzaya uğrayıb. Modern.az saytı APA-nın məlumatına görə,  yol-nəqliyyat hadisəsi hava limanı yolunda baş verib. “Shacman” yük avtomobili 184 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusuna arxadan çırpılıb.

 

Qəza nəticəsində sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. Xəsarət alanlar ətrafdakıların köməyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına aparılıblar. Xəsarət alanlar ilkin tibbi yardım aldıqdan sonra  ambulator müalicə üçün evə buraxılıblar.

 

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb “Shacman”  yük maşının sürücüsünün sərxoş olması olub. Sürücü hadisə yerinə gələn yol polisi əməkdaşları tərəfindən içki müayinəsinə aparılıb.

 

Qəza nəticəsində “Shacman” yük maşının kabinəsi ciddi deformasiyaya uğrayıb.

 

Qəzadan sonra nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hadisə yerinə cəlb olunmuş əlavə polis qüvvəsi sıxlığı qısa müddət ərzində aradan qaldırıb.

 

Faktla bağlı araşdırma aparılır. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı