Modern.az

Qafqaz Universiteti Elmar Qasımova təhvil verildi

Qafqaz Universiteti Elmar Qasımova təhvil verildi

Güncel

21 İyul 2016, 11:47

 

Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova təhvil verilib.


Modern.az-ın xəbərinə görə, Beynəlxalq Təhsil Mərkəzi İdarə Heyətinin sədri Xaliq Məmmədov Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovu kollektivə təqdim edib.

Qafqaz Universitinin rektor vəzifəsi Elmar Qasımova həvalə olunub. 

Xaliq Məmmədov deyib ki, universitetdə bütün fakültələr olduğu kimi qalır və tələbə qəbulu davam etdiriləcək.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi SOCAR-ın təsisçiliyi ilə yaradılıb və nəzdində Bakı İstedadlar Təhsil Kompleksi, Bakı Fransız Liseyi fəaliyyət göstərir.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı