Türkiyənin Şırnak şəhərinin Uludərə bölgəsi yaxınlarında partlama meydana gəlib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, terroristlərin yola yerləşdirdikləri partlayıcı, zirehli maşının keçdiyi vaxt partlayıb.
Partlama nəticəsində 5 əsgər şəhid olub, 8 əsgər yaralanıb.
Partlamanın ardından bölgəyə çox sayda təcili tibbi yardım gəlib.
Yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu bildirib.
Qafar Ağayev