Ukraynanın daxili işlər naziri Arsen Avakovun oğlu “Azov” alayının kəşfiyyat komandiri ilə Kiyevdəki restoranlardan birindəki şam yeməyində professional cibgirlərin qurbanına çevrilib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, oğul Avakovun qonşuluğundakı stolda əyləşən oğrular onun boş stula qoyduğu kiçik əl çantasını görüblər.
Cinayətkarlardan biri fürsət düşən kimi onu oğurlayıb oradakı bütün pulu götürərək hiss olunmadan yerinə qaytarıblar.
Aleksandr Avakov sonradan nəsə baş verdiyini duyaraq əl çantasını yoxlayanda pulun olmadığını görüb və “Marokana” restoranından çıxan cinayətkarlara hücum edib.
Oğrular hadisə yerindən uzaqlaşa bilsələr də, onları nazirin oğlu yanındakılarla birgə yaxalayıb.
Modern.az