Modern.az

Mariya Stadnik Olimpiadanın FİNALINDA - YENİLƏNİB

Mariya Stadnik Olimpiadanın FİNALINDA - YENİLƏNİB

مورد توجه

17 Avqust 2016, 20:21

Braziliyada təşkil olunan Yay Olimpiya Oyunları davam edir. Modern.az saytı xəbər verir ki, yarımfinalda təmsilçimiz bolqarıstanlı Elitsa Atanasova Yankovanı 6:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Qeyd edək ki, bu gün mübarizəyə xanım güləşçilər də qoşulub. Mübarizəyə 1/8 final mərhələsindən başlayan Mariya Stadnik 1/4 finalda Nina Matkovska (Polşa) ilə üz-üzə gəlib. Mariya iki il əvvəl dünya çempionatının yarımfinalında məğlub olduğu rəqibindən qisasını alıb. 10:0 hesabı ilə qələbə qazanan güləşçimiz görüşü vaxtından əvvəl başa vurub və yarımfinala yüksəlib.

 

 

 

19:21

 

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında uğurlu çıxışlar seriyasını davam etdirir. Modern.az saytı xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız dörddəbir finalda polşalı rəqibinə aman verməyib. Mariya Stadnik bu görüşdə 10:0 hesabı ilə qələbə qazanaraq yarımfinala adlayıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı