Modern.az

Azərbaycanlı deputatdan erməni qızıl medalçının hərəkətinə ETİRAZ

Azərbaycanlı deputatdan erməni qızıl medalçının hərəkətinə ETİRAZ

Aktual

17 Avqust 2016, 19:37

Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında Ermənistan idmançısı Artur Aleksanyan ölkəsinə ilk qızıl medalı qazandırıb. Ermənistan idmançısı medalların təqdim edilməsi mərasimi zamanı daha çox diqqət cəlb edib. 

O, köynəyində cari ilin aprel ayında Azərbaycan və Ermənistan arasında gedən döyüşlərdə ölmüş erməni döyüşçü Robert Abadjyanın  şəkli ilə kürsüyə çıxıb. Bu hadisə Azərbaycanda etirazlara səbəb olub.

Millət vəkili Fuad Muradov azvision.az-a açıqlamasında bu məsələdən danışıb və erməni idmançının hərəkətini təxribat adlandırıb:

“Ermənilər Azərbaycan torpaqlarını işğal ediblər. Onlar torpaqlarımızda öz işğalçı qoşunlarını, təxribatçı qrupları yerləşdiriblər. Hələ bununla kifayətlənməyən ermənilər öz mənfur niyyətlərini olimpiya oyunları zamanı da dünyaya nümayiş etdirdilər. Ermənilərin təxribaçı əməlləri ilə bağlı müvafiq addımlar atmalıyıq.

Beynəlxalq Olimpiya Komitəsinin nizamnaməsində qeyd olunub ki, heç bir siyasi, irqi dözümsüzlük nümayiş etdirmək olmaz. İdmana aid olmayan yazılar, hətta reklam kimi qəbul edilən məsələlər Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qadağan olunub. Bu, təbii ki, məsələninin hüquqi tərəfidir. Mənəvi tərəf isə ondan ibarətdir ki, ermənilər də, beynəlxalq icitmaiyyət də yaxşı bilir ki, bizim şəhidlərimiz öz torpaqlarımızın işğaldan azad olunması uğurunda canlarını qurban veriblər. Ermənilər isə işğalçı niyyətlərini davam etdirərkən ölüblər”.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı