Modern.az

Ağdaşda ev yanıb

Ağdaşda ev yanıb

Güncel

21 Avqust 2016, 20:30

Ağdaş rayonunda güclü yanğın olub. Modern.az saytı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə rayonun Pirəzə kəndində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 60 m2 olan talvar və talvarın altına yığılmış 6 ton ot bağlamasının 4 tonu yanıb.

Yanğın zamanı yaxınlıqdakı 2 baş iri buynuzlu (buzov) heyvan tüstüdən boğularaq tələf olub. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı