Modern.az

Həbsdə doğulan uşaq ölüb – RƏSMİ

Həbsdə doğulan uşaq ölüb – RƏSMİ

Aktual

10 Sentyabr 2016, 11:37

Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Taxıl Terminalı” MMC-nin baş texnoloqu Qalib Bağırovun qətlində təqsirləndirilən Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

                                       

Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan Mahnurə Hüseynova məhkəməyə müraciət edərək polis əməkdaşları tərəfindən saxlanılarkən hamilə olduğunu deyib: “Mən türmədə uşaq dünyaya gətirdim, oğlan idi. Atası da Ehtiram Həsənovdur. Körpəmi türmədə yoxa çıxartdılar, nə ölüsü bilinir, nə dirisi. Uşağımı oğurladılar, mənə də heç nə demirlər”.

 

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov Modern.az-a bildirib ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bununla bağlı araşdırma aparıb:

 

“Cinayət Məcəlləsinin 120.2.1, 120.2.11 və 181.3.3-cü maddələri ilə məsuliyyətə cəlb olunmuş Hüseynova Mahnurə Heydərəli qızı Bakı İstintaq təcridxanasında saxlanılan zaman hamiləliyi ilə əlaqədar olaraq doğum evinə göndərilib.

 

O, qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirib. Həmin uşaq yarımçıq doğulduğundan xüsusi aparatda saxlanılıb. Edilən müdaxilələrə baxmayaraq bir gün sonra uşaq ölüb. Ölüm faktı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün sənədləşmə işləri aparılıb”.

 

Polkovnik deyib ki, M. Hüseynova müalicə kursu keçdikdən sonra təcridxanaya qaytarılıb.

Qeyd edək ki, Mahnurə Hüseynova “Bakı Taxıl Kombinatı”nın direktoru Qalib Bağırovun qətli ilə bağlı təqsirləndirilir. Onunla bərabər əri Ehtiram Həsənov və Mübariz Əliyev də saxlanılıb.

 

Gülşən RAUFQIZI

 

 

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı