Sabunçu rayonunda 2 piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə hadisə bu gün saat 01 radələrində Sabunçu rayonunun Məhəmmədi kəndində baş verib.
Kənd sakini Anar Səfərov idarə etdiyi “AzSamand” markalı avtomobillə yolu keçən həmkəndliləri Arzuman Salmanovu, Elbrus Zahidovu və Elçin Əliyevi vurub.
Nəticədə A.Salmanov və E.Əliyev hadisə yerində ölüb.
Hadisə ilə bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Mirmahmud KAZIMOĞLU