Modern.az

Ucarda gənc oğlan xəstəxanada ölüb

Ucarda gənc oğlan xəstəxanada ölüb

Aktual

14 Sentyabr 2016, 23:32

Ucar sakini xəstəxanada ölüb.  Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə bu gün  Ucar Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb. Rayonun Qazyan kənd sakini, 1992-ci il təvəllüdlü Rəhim Polad oğlu Ələkbərov xəstəxanada dünyasını dəyişib.  Yaxınlarının sözlərinə görə,  sağlam vəziyyətdə xəstəxananın təcili tibbi yardım stansiyası daxil olan R. Ələkbərov  həkimin səhlənkarlığı nəticəsində dünyasını dəyişib.

 

Təcili tibbi  yardım stansiyasının həkimi Ramil Tağızadə gecə saat 03:00  radələrində Ələkbərovun xəstəxanaya daxil olduğunu, ona lazımı tibbi yardın göstərildiyini və xəstəliyin ciddi olması barədə yaxınlarına məlumat verildiyini bildirib. Həkimin sözlərinə görə, Ələkbərovun yaxınları xəstəliyin ciddi olmadığını düşünərək  onu evə aparıblar. Səhər saat 09:30 radələrində mərhum yenidən xəstəxanaya gətirilib. Ona ilkin yardım göstərilib, analizlər götürülüb. Analizlərin nəticəsinə görə, onun ağ ciyər vərəmi  olduğu ehtimal olunduğundan  vəziyyətin ciddiliyini nəzərə alınaraq  o,  reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin səyinə baxmayaraq R. Ələkbərov orada dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı