Modern.az

Azərbaycan-Fransız Universiteti açıldı

Azərbaycan-Fransız Universiteti açıldı

Aktual

15 Sentyabr 2016, 11:55

Bu gün Bakıda Azərbaycan-Fransız Universitetinin (UFAZ) açılışı olub.

 

Modern.az-ın xəbərinə görə, açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez ali məktəb rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.

 

Xatırladaq ki, UFAZ bu tədris ilindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin binasında (ADNSU) Azərbaycanda ən çox tələbat olan 4 ixtisas üzrə təhsil verəcək. Bu ixtisaslar kimya, geofizika, neft-qaz mühəndisliyi və kompüter elmləridir.

 

Təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla, 4 il davam edəcək.

 

UFAZ-nin məzunlarına ikili diplom (Strasburq Universiteti və ADNSU) veriləcək.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı