Modern.az

Xəstəxanada yanğın: 24 ölü

Xəstəxanada yanğın: 24 ölü

Aktual

18 Oktyabr 2016, 12:57

Hindistanın şərqindəki Odişa əyalətində yerləşən özəl bir xəstəxanada yanğın çıxıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, baş vermiş yanğın hadisəsində 24 nəfər ölüb, 106 nəfər isə yaralanıb.

 

Hindistanın Səhiyyə Naziri jurnalistlər verdiyi açıqlamada,  Bubanesvar şəhərindəki Sum xəstəxanasının diyaliz şöbəsində elektrik xətlərindəki qısaqapanmanın yanğına səbəb olduğunu bildirib.

 

Ölən və yaralıların sayının artacağı ehtimal olunur.

 

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı