Modern.az

Avropa Birliyi Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcək

Avropa Birliyi Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcək

Aktual

18 Oktyabr 2016, 18:09

Avropa İttifaqı (Aİ) ölkənin müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edir. Modern.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin yaydığı məlumatda deyilir.

 

Bəyanatda bildirilir: "Azərbaycan bu illər ərzində sürətli inkişaf nümayiş etdirib və Aİ Azərbaycan xalqının tərəqqisi naminə güclü demokratik təsisatların inkişafına, qanunun aliliyinə, iqtisadi inkişafa dəstək məqsədi ilə Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcək. Bu il Aİ və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 25 il keçir. Aİ tərəflər arasında bütün istiqamətlərdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsini və yeni strateji saziş üzrə danışıqların başlanmasını səbirsizliklə gözləyir".

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı