Modern.az

Bakıda nazirlik işçisinin evindən 40 min OĞURLANDI

Bakıda nazirlik işçisinin evindən 40 min OĞURLANDI

Güncel

7 Dekabr 2016, 15:45

Azərbaycan Ədliyyə Nazirliyinin əməkdaşının Bakıda yerləşən evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

Modern.az saytı "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Çiçək qəsəbəsi 16/316 nömrəli evdə baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Məlikzadə Hamiz Hümmət oğlu günorta saatlarında işdə olduğu zaman naməlum şəxs və ya şəxslər onun evinin plastik pəncərisini sıxıb açmaqla içəri daxil olublar. Oğrular evdən 30 000 manat, 8 000 dollar və dəyəri 10 000 manat olan qızıl-zinət əşyaları aparıblar.

Nazirlik əməkdaşı oğurluq faktını işdən evə qayıtdıqdan sonra öyrənib. O, hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı