Modern.az

Oğrular binaların bloklarını talan edir

Oğrular binaların bloklarını talan edir

Aktual

7 May 2017, 21:23

Bakıda bir neçə nəfərə məxsus saxlanc yerindən oğurluq edilib. Modern.az Lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu, Senuşkin küçəsi 27 ünvanında yaşayan bir neçə nəfər polisə müraciət edib. Bildirilib ki, yaşadıqları binanın blokunda yerləşən saxlanc yerlərinin qapısı naməlum şəxslər tərəfindən sındırılıb. Orada saxlanılan müxtəlif qab-qacaqlar, məişət alətləri və köhnə avadanlıqlar oğurlanıb.

 

Qeyd edək ki, oxşar müraciətlər həmin rayonun digər ərazilərində, eləcə də Binəqədi və Nizami rayonlarında da qeydə alınıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı