Modern.az

İslamiada: Azərbaycan Özbəkistanı uddu

İslamiada: Azərbaycan Özbəkistanı uddu

Aktual

10 May 2017, 17:15

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları davam edir.

 

A qrupunda Azərbaycanın qadın həndbolçuları özbəkistanlı rəqibləri ilə qarşılaşıblar. Oyun millimizin 47:21 hesablı qələbəsi ilə başa çatıb.

 

Bundan əvvəl millimiz Kamerun yığmasına 28:26 hesabı ilə qalib gəlmişdi.

 

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı