Modern.az

Qəzaya uğrayan avtomobil yandı

Qəzaya uğrayan avtomobil yandı

Aktual

11 May 2017, 00:24

Yevlaxda yanğınla nəticələnən yol qəzası qeydə alınıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə Bakı-Yevlax yolunun, Yevlax rayonu ərazisindən keçən hissəsində  qeydə alınıb. Belə ki, “VAZ”, “Mercedes” və “NİVA” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

 

Nəticədə "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı