Modern.az

Ermənilər Ağdamın işğal altında olan ərazilərinə od vurub

Ermənilər Ağdamın işğal altında olan ərazilərinə od vurub

مورد توجه

7 İyun 2017, 18:50

Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan Ağdam rayonunda növbəti yanğın törədiblər.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, alov əsasən Baş Qərvənd və “Gülçülük sovxozu” adlanan ərazidə müşahidə edilir.

 

Yanğının miqyası getdikcə genişlənir, yanğın artıq qoşunların qarşıdurma xəttinə keçib.

 

Yanğının tüstüsü cəbhəyanı bütün yaşayış məntəqələrindən aydın görünür.

 

Modern.az

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı