Modern.az

Sarkisyan İlham Əliyevlə görüşmək üçün Cenevrəyə getdi

Sarkisyan İlham Əliyevlə görüşmək üçün Cenevrəyə getdi

Güncel

16 Oktyabr 2017, 13:47

Ermənistan prezidenti Serj Sarkisyan İsveçrənin Cenevrə şəhərinə gedib.

 

Bu haqda Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir. Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan bildirib ki, Sarkisyan artıq Cenevrədədir.

 

Xəbər verildiyi kimi bu gün Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlarının növbəti raundu keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı