Modern.az

Şəhriyar Məmmədyarov üçüncü oldu

Şəhriyar Məmmədyarov üçüncü oldu

Aktual

28 Yanvar 2018, 23:53

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" superturnirinin son turana yekun vurulub. Modern.az xəbər verir ki, bu gün start götürən XIII turda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Vişvanatan Anand ilə qarşılaşıb.

 

Sözügedən görüş sülhlə bitib. Bununla da xallarını 8.5-ə çatdıran qrossmeyster turniri 3-cü pillədə başa vurub. Maqnus Karlsen və Aniş Qiri isə turnirin yekununda 9 xal toplayıblar. Buna görə də çempionluq üçün onlar əlavə görüş keçirəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı