Modern.az

Saakaşvili Polşadan Niderlanda gedəcək - Daha sonra isə...

Saakaşvili Polşadan Niderlanda gedəcək - Daha sonra isə...

Güncel

14 Fevral 2018, 12:51

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili deportasiya olunduğu Polşadan Niderlanda gedəcək.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu M.Saakaşvili özü elan edib.

 

O qeyd edib ki, Avropa ölkələrində bir sıra görüşlər keçirməyi planlaşdırır. M.Saakaşvili Belçika, Almaniya və Fransaya da səfər edəcəyini deyib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl M.Saakaşvili Kiyevdə saxlanmış və məhkəmə qərarı ilə Polşaya deportasiya olunmuşdu.

 

Sabiq prezident Ukraynada, eləcə də Gürcüstanda hakimiyyətin dinc yolla dəyişməsi üçün mübarizəsini davam etdirəcəyini vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı