Modern.az

Azərbaycan Kinematoqrafçılar İttifaqı onları mükafatlandırdı

Azərbaycan Kinematoqrafçılar İttifaqı onları mükafatlandırdı

مورد توجه

1 Avqust 2018, 11:06

Azərbaycan Kinematoqrafçılar İttifaqı ənənəvi illik mükafatlarının qaliblərini təsdiq edib. İttifaqdan Modern.az-a verilən məlumata görə, builki qaliblər xalq yazıçısı Anar "Azərbaycan kinosu və mədəniyyəti qarşısında misilsiz xidmətlərinə görə", bəstəkar Rauf Əliyev ( ölümündən sonra) "Eviniz abad" filminin musiqisinə görə və  "Cümhuriyyət tarixinin sənədli kinoda işıqlandırılması işində xidmətlərinə" görə Ramiz Abutalıbovdur.

İttifaqın ənənəvi illik mükafatının məqsədi kinomuzda pozitiv tendensiyaları qeyd etməkdir. Bununla yanaşı, İttifaqın katibliyində qeyd ediblər ki, kinonun inkişafı Dövlət Proqramının realizə olunmaması həyacan doğurur. Proqramın bir çox maddələri öz həllini gözləyir. İttifaqın katibliyi çətin durumla bağlı təcili addımların atılacağına ümid edib , həmkarlarını peşə bayramı münasibətilə təbrik edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı