Modern.az

Xəstəxana yandı - 9 ölü

Xəstəxana yandı - 9 ölü

Aktual

13 Avqust 2018, 08:40

Tayvanın Cinbey şəhərinin xəstəxanalarının birində güclü yanğın baş verib.

Modern.az-ın məlumatına görə, yanğın nəticəsində azı 9 nəfər həlak olub, 16 nəfər isə xəsarət alıb. İnsident gecə saatlarında məlum olmayan səbəbdən xəstəxananın 7-ci mərtəbəsində baş verib.

Yanğın barədə məlumat yerli vaxtla saat 04:36-da yanğınsöndürmə xidmətinə daxil olub. Hadisə yerinə 79 texnika və 243 yanğınsöndürən gəlib və yanğın saat 05:27-də nəzarət altına alınıb.

Hazırda xəsarət alanlardan 10-nun vəziyyəti çox ağırdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı