Modern.az

Məktəbdən kompüterlər oğurlandı

Məktəbdən kompüterlər oğurlandı

Aktual

30 Avqust 2018, 13:11

Bakıda orta məktəbdən kompüter avadanlıqları oğurlanıb. 

 

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Nərimanov rayon Polis idarəsinin 16-cı polis bölməsi və Pirallahı rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 29-na keçən gecə Nərimanov rayonu ərazisindəki orta məktəblərdən birinin zirzəmisindən 1650 manat dəyərində kompüter avadanlıqları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Emin Dadaşov və Aqil Mustafayev Pirallahı rayonunun ərazisində saxlanılıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı