Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 34 nəfəri kiçik ailə təsərrüfatlarını qurmaq üçün müəyyən potensiallarının olduğu nəzərə alınmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramına cəlb ediliblər.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumatda bildirilib.
Həmin şəxslər əsasən istehsalyönümlü iqtisadi fəaliyyət növləri üzrə təsərrüfatlarını yaratmaq niyyətindədir. Proqram çərçivəsində onların kiçik biznesə malik olmaları üçün aktivlərlə təminatı həyata keçiriləcək. Quracaqları təsərrüfatlarını inkişaf etdirmələri üçün mütəmadi olaraq zəruri məsləhət xidmətləri ilə təmin olunacaqlar.
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin potensialları müqabilində özünüməşğulluq proqramına cəlb edilməsi işləri hazırda da davam etdirilir.