Modern.az

Ərdoğan Qırğızıstana gedəcək

Ərdoğan Qırğızıstana gedəcək

Aktual

30 Avqust 2018, 18:51

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstana rəsmi səfər edəcək.

Modern.az-ın məlumatına görə, R.T.Ərdoğanı Qırğızıstana həmkarı Sooronbay Jeenbekov dəvət edib.

Səfər 1-2 sentyabr tarixlərində həyata keçiriləcək.

Dövlət başçıları Qırğızıstan və Türkiyə arasında əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Liderlər aktual beynəlxalq və regional məsələlər barədə də fikir mübadiləsi aparacaqlar.

Prezidentlər, həmçinin Qırğızıstan və Türkiyə arasında Strateji Əməkdaşlıq Şurasının IV iclasında iştirak edəcəklər.

Bundan başqa, danışıqların yekunu üzrə bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı