Modern.az

Sabirabadda narkotik müsadirə edildi

Sabirabadda narkotik müsadirə edildi

Aktual

1 Sentyabr 2018, 09:37

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsi və Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən birgə  həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Rüstəmli kəndində yaşayan  29 yaşlı Xəyyam Nağıyev  saxlanılıb. 


Polis əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu və 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. 


Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı