Modern.az

Ərdoğan: "Bakı-Tbilisi-Qars dəmir yolu müasir İpək yoludur"

Ərdoğan: "Bakı-Tbilisi-Qars dəmir yolu müasir İpək yoludur"

Güncel

3 Sentyabr 2018, 11:59

Tikintisi qardaş Azərbaycanla birgə həyata keçirilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu müasir İpək yoludur.

Modern.az-ın məlumatına görə, bunu Qırğızıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 6-cı sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan qeyd edib ki, bu, regionun inkişafına xidmət edəcək vacib nəqliyyat layihələrindən biridir:

“Azərbaycanla birgə layihə sayəsində Çindən Avropaya fasiləsiz yük daşınması mümkün oldu”.

Qeyd edək ki, 2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun ümumi uzunluğu 846 km təşkil edir ki, bunun da 504 km Azərbaycan, 263 km Gürcüstanın və 79 km Türkiyənin payına düşür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı