Modern.az

Motosiklet oğruları saxlanıldı

Motosiklet oğruları saxlanıldı

Актуально

5 Sentyabr 2018, 17:05

Sabirabad Rayon Polis Şöbəsi Qaragüney Polis Bölməsinə ərizə ilə  müraciət edən Moranlı  kənd sakini Vüqar Mansurov sentyabrın 4-nə keçən gecə həyətindən   “İJ Planet-3” markalı motosikletinin oğurlandığını bildirib.

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumatda bildirilib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin motosikletin Neftçala rayonu ərazisində olduğu müəyyən edilib. Qaragüney PB-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Moranlı kənd sakinləri Ramin Talıblı , Əli Əliyev və  Bala Həşimxanlı kənd sakini Yengibar Məstəliyev saxlanılaraq bölməyə gətirilib.

Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı