Modern.az

“Kosova”nın baş məşçisi: “Rəqibimiz çox güclü və aqressivdir”

“Kosova”nın baş məşçisi: “Rəqibimiz çox güclü və aqressivdir”

Güncel

5 Sentyabr 2018, 19:30

"Mən və texniki heyət bu günlərdə müdafiə, yarımmüdafiə və hücum mövqeləri üzərində çox çalışdıq. Künc zərbələrini və standart vəziyyətləri məşq etdik. Oyun zamanı pressinq etməyi təkmilləşdirməyə çalışdıq".

 

Modern.az "Report"a istinadən xəbər verir ki, bunu UEFA Millətlər Liqasındakı ilk oyununu Azərbaycana qarşı keçirəcək Kosovo yığmasının baş məşqçisi Bernard Şallan deyib. 

O, Azərbaycan millisi ilə bağlı da fikirlərini bölüşüb: "Çox güclü və aqressiv rəqibimiz var. Mən yaxşı bir komandaya sahib olmaq istəyirəm və fərdlərə diqqət yetirmirəm. Hər kəsin oynamaq istədiyini bilirəm. Amma bilməliyik ki, qarşıda iki oyunumuz var və bu oyunlar üçün futbolçulara ehtiyacımız var. Biz əlimizdən gələn hər şeyi edəcəyik".

Qeyd edək ki, UEFA Millətlər Liqasının D divizionunda keçiriləcək Azərbaycan-Kosovo oyunu sentyabrın 7-si saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı