Bu gün Azərbaycan Premyer Liqasında 6-cı turun oyunları keçirilib. Modern.az xəbər verir ki, Premyer Liqada “Qarabağ” komandası “Sabah”a 2:0 hesabı ilə qalib gəlib.
“Əlincə Arena”da keçirilən oyunda Filip Ozobiçin penalti atışını qapıçı Saşa Stamenkoviç zərərsizləşdirib. Oyundakı qolları 82-ci dəqiqədə Miçel Madeyra, 89-cu dəqiqədə isə İnnosent Emeqara vurub.