Modern.az

Xaçmazda və Bərdədə yanğın

Xaçmazda və Bərdədə yanğın

Aktual

30 Sentyabr 2018, 12:00

Xaçmaz rayonunda mebel sexində yanğın olub.

Modern.az FHN-dən verilən məlumata əsasən, Xaçmaz rayonunda ümumi sahəsi 350 m² olan tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları, içərisində olan mebel məmulatları, 6 ədəd dəzgah, 2 ədəd mühərrik və 2 ədəd boya aparatı yanıb.

Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Nazirliyin digər məlumatına əsasən, Bərdə rayonunda ümumi sahəsi 80 m² olan 4 otaqlı evin mətbəxinin lambirdən ibarət tavanı 10 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı