Modern.az

Reynaldo "Qarabağ"ın düşərgəsində - FOTO

Reynaldo

Aktual

10 Oktyabr 2018, 00:14

“Qarabağ”ın keçmiş hücumçusu, hazırda Qazaxıstanın "Aktobe" klubunda çıxış edən Reynaldo Azərbaycana gəlib.

Modern.az Publika.az-a istinadən xəbər verir ki, milli komandaların oyunlarına görə yaranmış fürsətdən istifadə edən braziliyalı hücumçu Bakıya səyahət edib. Komandası ilə müqaviləsi mövsümün sonunda başa catacaq “sambaçı”nın ölkəmizdə hansısa klubla transfer danışıqları aparacağı da istisna deyil.

 

Braziliyalı futbolçu bu gün keçmiş klubu “Qarabağ”ın düşərgəsinə baş çəkib.

 

Reynaldo 2013-17-ci illərdə "Qarabağ"da çıxış edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı