Rusiya tərəfi ABŞ-ı nüvə silahlarının yayılmasında ittiham edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya XİN-nin bəyanatında ABŞ öz hərəkətləri ilə Nüvə Silahlarının Yayılmaması haqda razılaşmanı təhlükə altına almaqda günahlandırılıb.
“ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planından (İran nüvə razılaşması) çıxmasını Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə ciddi zərbə kimi qiumətləndiririk” – Rusiya XİN-nin silahlara nəzarət yayılmaması üzrə departamentinin rəhbəri Vladimir Ermakov bildirib.
Qeyd edək ki, ABŞ-ın keçmiş dövlət katibi Con Kerri də ABŞ-ın İranla nüvə razılaşmasından çıxmasını tənqid edib.