Modern.az

Cəbhəboyu zonada yerləşən bölmələrin döyüş hazırlığı yoxlanılır

Cəbhəboyu zonada yerləşən bölmələrin döyüş hazırlığı yoxlanılır

مورد توجه

26 Oktyabr 2018, 17:25

Müdafiə nazirinin tapşırığına əsasən müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada yerləşən bölmələrdə şəxsi heyətin döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətini yoxlayıb.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Döyüş növbətçiliyi aparan bölmələrdə olan nazir müavini Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Müdafiə Nazirliyi rəhbərliyinin hərbi qulluqçular qarşısında qoyduğu vəzifələri bir daha şəxsi heyətə çatdırıb.

 

Şəxsi heyətlə görüşən general-leytenant K.Vəliyev hərbi qulluqçuların qayğıları və sosial-məişət şəraiti ilə maraqlanıb, onları maraqlandıran sualları cavablandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı